Bakı. Samir Əli - Trend:
Doğru istifadə olunmayan kondisionerlər uzun müddət işləyərsə, infeksiya mənbəyinə çevrilə bilər.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, xəstəxanalarda, infesksiyalı ərazilərdə istifadə olunan kondisionerlər infeksiya yaya bilər. Amma xəstəxanalarda həmin kondisionerlərə xüsusi infeksiyaya qarşı filterlər quraşdırılır. Evdəki kondisionerlərin normal fəaliyyəti koronavirus yaymır".