...

Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 4 nəfər vəfat etdi

Cəmiyyət Materials 19 İyun 2020 19:58 (UTC +04:00)
Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 4 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 976 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 410 475 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti