...

Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

Cəmiyyət Materials 3 İyul 2020 18:04 (UTC +04:00)
İcazə alan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirilib.
Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

Bakı. Elçin Mehdiyev – Trend:

İcazə alan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, iş üçün icazə alınan şəxslərin avtomobilləri barədə də elektron sistemə məlumat daxil edilir və onların avtomobilləri də icazəlidir.

SMS icazə ilə müvəqqəti çıxan şəxslərin avtomobillərinə gəlincə isə 5 iyul tarixindən etibarən avtomobillərə də icazə almaq mümkündür.

O qeyd edib ki, bu istiqamətdə texniki düzəliş edilir: “SMS icazə vasitəsilə icazə alan zaman şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə bərabər, avtomobilin də nömrəsini eyni SMS vasitəsilə göndərməklə avtomobildən istifadə etmək mümkün olacaq”.

Ülvi Mehdiyev bildirib ki, Avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəslə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə bununla bağlı qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti