...

Bu həftəsonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Cəmiyyət Materials 10 İyul 2020 19:02 (UTC +04:00)

Bakı. Trend:

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir

Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti