Azərbaycan gənclərindən Ukraynaya böyük dəstək! (FOTO)

Azərbaycan gənclərindən Ukraynaya böyük dəstək! (FOTO)

Bakı. Trend:

17 iyul tarixində gənclərin iştirakı ilə Ukraynanın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirilib. Aksiya zamanı gənclər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, Ukrayna Hökuməti tərəfindən Azərbaycana dəstək verilməsinə görə təşəkkür edib, həmçinin bir neçə gün əvvəl Ukraynanın Ermənistandakı səfirliyinə edilən hücumu qınayıblar. Azərbaycan və Ukrayna dillərində “Təşəkkürlər Ukrayna”, “Ukrayna kimi ol”, “Azərbaycan-Ukrayna dostluğu əbədidir!” kimi şüarlar səsləndirən aksiya iştirakçıları Azərbaycan gəncləri adından bəyanatla çıxış etmişlər. Daha sonra Səfirlik əməkdaşları aksiya iştirakçılarının qarşısına çıxaraq, bəyanatın bir nüsxəsini götürüb, gənclərə təşəkkür etdilər.

Aksiya sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun –sosial məsafə qorunmaqla, qoruyucu maska və əlcəklərdən istifadə etməklə 5 nəfərin iştirakı ilə təşkil edilmişdir. Təqdim edilmiş bəyanatın mətni:

Biz, Azərbaycanın müxtəlif bölgələrindən olan minlərlə ölkə gəncinin adından Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribata cavab olaraq, Azərbaycanın haqlı mövqeyi, ərazi bütövlüyü və suverenliyinə dəstək verilməsi ilə bağlı qətiyyətli mövqeyinə görə Ukrayna Hökumətinə və xalqına təşəkkürümüzü bildiririk. Həmçinin, Azərbaycan gəncləri adından dost Ukrayna gənclərinə aşağıdakıları bəyan edirik:

Azərbaycanla Ukrayna xalqları arasında tarixən hər zaman dostluq münasibətlər olmuş və hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra sıx diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan və Ukraynanın dövlət rəsmiləri, parlamentariləri, vətəndaş cəmiyyəti nümayəndələri, gəncləri müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Soxsaylı tədbirlərdə, həmçinin ötən ilin noyabrında Kiev şəhərində keçirilən Azərbaycan – Ukrayna gənclərinin Forumunda ukraynalı həmyaşıdlarımız, dostlarımızla bir araya gəlməkdən hədsiz dərəcədə məmnun olduq. Bir daha əmin olduq ki, iki ölkənin gənclərinin beynəlxalq və milli məsələlərə və gələcək perspektivlərə baxışları həmrəydir. Biz bu dostluğu yüksək qiymətləndiririk və onun dəyərini yaxşı anlayırıq.

Azərbaycan müstəqil olduğu ilk gündən etibarən qonşu Ermənistan tərəfindən hərbi təcavüzlə rastlaşdı. Azərbaycanın tarixi-əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonumuzu, ümumilikdə ərazimizin 20 faizini işğal etmiş Ermənistan hərbi qüvvələri bir milyona yaxın azərbaycanlını dədə-baba yurdundan didərgin saldı, həmin regionda yüzilliklərlə mövcud olmuş mədəni-tarixi abidələrimizi dağıtdı, yaşayış məskənlərinin tarixi adlarını dəyişərək, saxta adlar qoydu, Qarabağın Xocalı şəhərində bir gecədə 613 insanı, əsasən də qadın, ahıl və uşaqları sırf azərbaycanlı olduğuna görə misli görünməmiş amansızlıqla qətlə yetirdi. İllər, hətta on illiklər keçsə də Azərbaycan dövləti, ölkə gəncləri heç bir zaman bu işğalla barışmayacaq və doğma torpaqlarımızın geri qaytarılması uğrunda daim mübarizə aparacaqdır!

Ermənistan dövlətinin işğalçı və təcavüzkar mahiyyəti bütün dünyaya məlumdur və bir neçə gün öncə İrəvanda baş verən hadisə bunun daha bir bariz təzahürü idi. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən açılan artileriya atəşi ilə bağlı Ukraynanın Xarici İşlər Nazirliyi bəyanat yaydıqdan sonra İrəvandakı Ukrayna səfirliyinin Ermənistan dövlətinin idarə etdiyi “ictimai fəallar” tərəfindən hücuma məruz qaldı. Biz, Azərbaycan gəncləri adından bu təxribatı qınayırıq və bildiririk ki, ədalətli və mətin mövqeyinə görə Ukrayna dövlətinə və xalqına qarşı Ermənistanın törədə biləcəyi bütün təxribatların qarşısında durmağa hazırıq!

Son olaraq, Ukraynanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin beynəlxalq hüquq və tarixi ədalətə söykənən mövqeyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, dost Ukrayna gənclərinə ən səmimi salamlarımızı çatdırır, dövlətinizə və xalqınıza rifah və sabitlik arzu edirik! İki ölkənin gəncləri arasındakı dostluq və qarşılıqlı anlaşma dünyanın üzləşdiyi yeni növ koronavirus (COVİD-19) pandemiyasına baxmayaraq, daha da dərinləşəcək və inkişaf edəcəkdir.

Ədalətin zəfər çalması üçün birlikdə mübarizə aparaq!

Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Loading Bars
Xəbər lenti
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur
Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır (FOTO)
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib
Anasız böyümüşəm, anam Vətənimdir - "Maştağa 1 N-li internat" yazısı ilə məşhurlaşan əsgərimiz (FOTO)
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib
Yerevanda əsgər anaları aksiya edib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov (FOTO)
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - Deputat
Putin Təhlükəsizlik Şurasının iclasında sülhməramlıların işini müzakirə edib
Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi üçün davamlı iş aparır - Ceyhun Bayramov
Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı (FOTO)
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir
Yasamalda yaşayış binasında yanğın olub
İrandan Azərbaycana narkotik və psixotrop həblər keçirən iki qardaş saxanıldı (FOTO)
Mingəçevir Dövlət Universiteti Çində keçirilən konfransda təmsil olunub (FOTO)
Sumqayıt Texnologiya Parkında yeni şirkət yaradılıb
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Az da olanda şükür edirəm, çox da olanda - Usta ilə söhbət
Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib
Yelo Bankdan hər kəsə komissiyasız və zaminsiz kreditlər
Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisini dələduzluqda ittiham etdi
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub (FOTO)
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir - TƏBİB
MDB məkanında ən yaxşı yollar Azərbaycandadır
Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə icra edəcək
Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?
Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi
Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – Qubad usta
Türkiyədə 700-dən çox müdafiə sənayesi layihəsi icra olunur - Vitse-prezident
Polis Oğuzda reyd keçirib (FOTO)
“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb
Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir - Nazirlik rəsmisi
Qarabağda yüksək səviyyəli hotellər yaradılacaq - RƏSMİ
“France-24” Füzuli barədə reportaj hazırlayıb (VİDEO)
Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib (FOTO)
Ağcabədidə yollar yenidən qurulur (FOTO)
Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq
UNEC-də Virtual laboratoriyalar yaradılıb
Sabahın hava proqnozu açıqlanıb
Xarkovdakı azərbaycanlılar erməni vandalizminə etiraz ediblər
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Koronavirusa yoluxan deputat sağaldı
Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Bütün xəbərlər