...

Şəhid general Polad Həşimovun büstü hazırlandı

Cəmiyyət Materials 21 İyul 2020 12:03 (UTC +04:00)
Düşmən təxribatı nəticəsində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə həlak olan general-mayor Polad Həşimovun büstü hazırlanıb.
Şəhid general Polad Həşimovun büstü hazırlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə həlak olan general-mayor Polad Həşimovun büstü hazırlanıb.

Trend-in məlumatına görə, büstü Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı hazırlayıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. O, 2-ci Fəxri xiyabanda dəfn edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti