...

ABŞ portalı XX əsrin əvvəllərində Azərbaycan qadınlarının müsəlman dünyasında aparıcı rolundan yazır

Cəmiyyət Materials 29 İyul 2020 22:27 (UTC +04:00)
ABŞ portalı XX əsrin əvvəllərində Azərbaycan qadınlarının müsəlman dünyasında aparıcı rolundan yazır

Bakı. Trend:

Müstəqil onlayn platforması “Medium” ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşı Şəlalə Vəliyevanın XX əsrin əvvəlində Azərbaycan qadınlarının müsəlman dünyasında aparıcı roluna həsr olunmuş məqaləsini yayıb.

Trend-in məlumatına görə, məqalədə bu il 102 yaşını qeyd edən Azərbaycan Xalq Cümhuriyyətində qadınların rolu barədə məlumat verilib.

Bildirilib ki, 1918-ci ilin dekabrında AXC parlamentinin ikinci iclasında qadınların iş şəraiti ilə bağlı reproduktiv hüquqlar və ödənişli əmək məzuniyyəti, analar üçün uşaq müəssisələrinin yaradılması, sağlamlıq və bərabər maaşın təmin edilməsi haqqında yeni konstitusiya maddələri qəbul olunub. Parlamentin ilk iclaslarında kişi və qadınlar üçün bərabər hüquqların təmin edilməsi barədə məsələlər müzakirə edilib, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Xalq Cümhuriyyətinin bütün vətəndaşlarına səsvermə hüququ verilib.

Müəllif AXC-də qadınların təhsil və ictimai sahələrdəki fəaliyyətinə toxunaraq qeyd edib ki, onlar qızların təhsil almaları üçün böyük təşəbbüslər irəli sürüblər. Təsadüfi deyil ki, həmin dövrdə Bakıda qızlar üçün məktəb tikilib.

Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib. Hazırda da Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti örnək kimi göstərilir. Həmçinin Milli Məclisin yeni sədri qadındır. Azərbaycan paytaxtında qadın azadlığının rəmzi olan “Azad qadın” heykəli ucalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti