...

Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub

Cəmiyyət Materials 8 Avqust 2020 22:00 (UTC +04:00)
Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub

Bakı. Trend:

Respublikamızda pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni yaradılan İnvestisiya Holdinqi bu istiqamətdə və iqtisadiyyatın diğər sahələrində liberallaşmaya xüsusi töhfə verəcək.

Trend-in məlumatına görə, avqustun 8-də AzTV-nin “Hədəf” verilişində də əsas müzakirə mövzusu məhz bu məsələlər olub. Studiyanın qonaqları-İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov sahibkarları, eləcə də vətəndaşları maraqlandıran sosial-iqtisadi xarakterli suallara aydınlıq gətiriblər. Eyni zamanda, sərt karantin rejiminin yumşalmasının növbəti mərhələsində əhaliyə müəyyən tövsiyyələr verilib.

Verilişi Azərbaycan Televiziyasının (AzTV) rəsmi YouTube səhifəsindən izləyə bilərsiniz.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

Məqalədə:
Xəbər lenti

Xəbər lenti