...

Təbiətə ziyan vuran şirkət cəzalanıb

Cəmiyyət Materials 11 Avqust 2020 10:45 (UTC +04:00)
Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Təbiətə ziyan vuran şirkət cəzalanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə “PROFCO” MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14112 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Eyni zamanda, “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti