...

Mərkəzi Gömrük Hospitalının oftalmoloqunun miopiya xəstəliyi ilə bağlı məsləhəti

Cəmiyyət Materials 8 Sentyabr 2020 16:43 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının oftalmoloqunun miopiya xəstəliyi ilə bağlı məsləhəti

Bakı. Trend:

“Həkim məsləhəti” rubrikasında t.f.d., oftalmoloq Aynurə Əliyeva “Uşaqlarda miopiyanın inkişafının qarşısını necə almaq olar?” sualını cavablandırıb.

Uşaqlıq dövründə aşkarlanan miopiya xəstəliyi rəqəmsal cihazların təsiri altında daha da inkişaf edir. Bu xəstəlik həm anadangəlmə, həm də sonradan yarana bilər. Son illərdə aparılan müayinələr zamanı bu patalogiyaya daha çox rast gəlinir. Belə ki, virtual distant təhsil alan uşaqlar rəqəmsal cihazlar qarşısında çox vaxt keçirməli olurlar. Miopiya xəstəliyindən əziyyət çəkənlər uzağa görmə korreksiyası üçün mənfi sferik linzalı eynəklərdən istifadə edirlər.

Amerika Optometrik Cəmiyyətinin apardığı araşdırmalar göstərib ki, miop uşaqlar, yeniyetmə və gənclər digər həmyaşıdları ilə müqayisədə hər gün iki dəfə artıq smartfonlardan istifadə edirlər və rəqəmsal cihazlarla daha çox vaxt keçirirlər. Araşdırmalar göstərib ki, normal görməsi olan uşaq hər gün təxminən 614 МB göstərici ilə 4 saat telefonla vaxt keçirir, mioplar isə təxminən 1131 МB göstərici ilə 5 saat telefonla vaxt keçirirlər. Pandemiya dövründə miopiyanın inkişafı riski yüksəkdir.

Eynəyi lazım olmadıqda çıxarmayan şəxslərin gözlərində gərginlik artır. Eyni zamanda rəqəmsal cihazların gözdən aralılıq məsafəsi, onunla keçirilən vaxt, cihazın ölçüsü, kontrast, işıq spektri faktorları gözlərdə yorğunluq, gərginlik, quruluq, qızartı və ağrı şikayətləri yaradır. Bu şikayətlərin qarşısını almaq üçün uşaqlar 40 dəqiqədən bir ən azı 5 dəqiqə müddətində fasilə etməli, gözlərini 1 dəqiqədə 15 qırpma etməli, gözləri bərk basmamaq şərti ilə masaj etməli, hər gün 10 dəqiqə göz gimnastikası etməli, sutkada 8 saat yatmalı, açıq havada vaxt keçirməli və vitaminli qidalanmalıdırlar.

Əks halda refraksiya qüsuru qazanıla yaxud artıq aşkarlanmış refraksiya qüsuru proqressivləşə bilər. Tədris ilinin başlanması və distant təhsilin labudlüyünü nəzərə alaraq miopiya xəstəliyi olan uşaqlar mütəmadi olaraq göz müayinəsindən keçməlidirlər.

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118

#Aynurəliyeva #oftalmoloq #miopiya

#müayinə #miopxəstələri #refraksiyaqüsuru

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Məqalədə:
Xəbər lenti

Xəbər lenti