Bakı. Trend:
Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan rəşadətli Ordumuza dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 60 min manat vəsait köçürüb.
Bu barədə Trend-ə Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.