...

Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Cəmiyyət Materials 16 Oktyabr 2020 12:37 (UTC +04:00)
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Qubada hər kəs istəyir ki, Ermənistanın işğalı altında olan torpaqlarımız son qarışına qədər alınsın və bunun üçün də hər kəs döyüşməyə hazırdır.

Bunu Trend-ə Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov deyib.

Hazırda Qubada insanlar, xüsusilə gənclər arasında vətənpərvərlik hissinin çox yüksək olduğunu deyən İ.Məmmədov hər kəsin münaqişənin həllinə tərəfdar olduğunu söyləyib:

"Heç bir gənc arxa cəbhədə qalmaq istəmir. Hər kəs can atır ki, cəbhəyə getsin, torpaqlarımız uğrunda döyüşsün, canını fəda etsin. Hər kəs istəyir ki, Xankəndi, Şuşa, Kəlbəcər və işğal altında olan digər ərazilərimiz işğaldan azad edilsin. Bizi ermənilərin hücumları qorxuda bilməz. Onlar buna heç zaman nail olmayacaqlar. Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevə güvənir və ona inanır. Biz əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında aparılan bu hərbi əməliyyatlar Azərbaycanın qələbəsi ilə başa çatacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti