...

Ramiz Mehdiyev və Əli Həsənov DİA-dakı vəzifələrindən niyə azad edilib? - SƏBƏB

Cəmiyyət Materials 19 Noyabr 2020 13:46
Ramiz Mehdiyev və Əli Həsənov DİA-dakı vəzifələrindən niyə azad edilib? - SƏBƏB

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Dövlət İdarəçilik Akademiyasında (DİA) tutduqları vəzifədən azad edilməsinin səbəbi açıqlanıb.

DİA-nın mətbuat katibi Yusif Ağayev Trend-ə bildirib ki, bu təhsil müəssisəsində Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının, Əli Həsənov Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsində çalışıb.

Y.Ağayev qeyd edib ki, həmin vəzifələr təyinatlı deyil, seçkili vəzifədir. Buna görə də 5 il müddətinə həmin vəzifələrə seçilən R.Mehdiyev və Ə.Həsənovun növbəti müddətdə vəzifələrinin tutulması üçün yenidən müsabiqə elan edilib:

"Seçkinin keçirilməsi üçün müəyyən edilən müddətdə həmin şəxslər yenidən seçilmək üçün müraciət etməyiblər. Müsabiqədə iştirak üçün müraciət edən digər şəxslər bu vəzifəyə seçiliblər".

Y.Ağayev bildirib ki, Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, R.Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə DİA-nın Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Rəcəb Rəhimli seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti