...

AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub

Cəmiyyət Materials 9 Yanvar 2021 12:12 (UTC +04:00)
AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.

Trend-in məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında bildirilib.

Qeyd edilib ki, akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti, akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın vitse-prezidentləri seçiliblər. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

Digər məsələ AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Adil Qəribov sözügedən qərar layihəsinin AMEA prezidentinin tapşırığı əsasında hazırlandığını və bu barədə AMEA Rəyasət Heyətinin ötən iclasında müzakirələrin aparıldığını söyləyib. Qərar layihəsində AMEA Rəyasət Heyətinin, o cümlədən elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar qəbul olunub. Belə ki, institutlarda baş direktor və icraçı direktor, böyük və xüsusi məqsədli avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifələrinin təsisi, eləcə də əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrin ştat cədvəlinə tətbiq üzrə menecer ştatlarının daxil edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti