...

DEFSCOPE Azərbaycanlı Gəncləri Dünyaya Bağlayır: 10 nəfər qalib!

Cəmiyyət Materials 15 Yanvar 2021 11:06 (UTC +04:00)
DEFSCOPE Azərbaycanlı Gəncləri Dünyaya Bağlayır: 10 nəfər qalib!

Bakı. Trend:

“DEFSCOPE” MMC “Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibəti ilə “DEFSCOPE ilə Böyü” proqramının tərkib hissəsi kimi “Gələcəyin Təhlükəsizlik Liderləri” adlı kampaniya keçirib.

Şirkətdən verilən məlumata görə, 19 Dekabr - 30 Dekabr tarixlərində keçirilmiş kampaniyanın məqsədi, Azərbaycanda kibertəhlükəsizlik üzrə maarifləndirməni gücləndirmək və gənclərə bu sahədə dəstək olmaqdır.

Güclü rəqabətin olduğu kampaniyada qaliblər müvafiq sahə üzrə təhsil, karyera, ingilis dili bacarıqları kimi meyarlar əsasında qiymətləndirilərək seçiliblər. Müraciətçilər arasında 11 fərqli yerli və xarici universitetdə bakalavr və magistr pillələrində təhsil alan 30-dan çox Azərbaycanlı gənc olub. Onlardan yalnız 10 nəfəri dünyaca məşhur İSACA təşkilatının (www.isaca.org) İT Audit, Təhülkəsizlik və İdarəçilik sahəsində verdiyi bütün imkanlardan bir il boyunca ödənişsiz yararlanmaq şansı qazanıb.

“DEFSCOPE” MMC-nin təsisçisi və direktoru, həmçinin bir sıra özəl və dövlət müəssisələrində konsultant, təlimçi və mentor kimi də fəaliyyət göstərən Vüsal Salmanlı bildirib ki, Azərbaycanda Kibertəhlükəsizlik sahəsində maarifləndirmə işlərini genişləndirmək və gələcəyin kibertəhlükəsizlik peşəkarlarına dəstək olmaq önəmlidir: “Hal-hazırda təhsil alan tələbələrin əksəriyyəti üçün imkanlar məhdud görünür, ancaq “DEFSCOPE” MMC öz beynəlxalq təcrübəsi ilə Azərbaycan gənclərini bu sahədə dəstəkləməyə və biliklərini inkişaf etdirmələri üçün layihələrə davam edəcəkdir”.

Qeyd edək ki, Azərbaycan şirkəti olan “DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkət qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edib. Şirkət hal-hazırda başda Kanada, Amerika, Avropa və Azərbaycan olmaqla yerli və beynəlxalq sferada peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir.

DEFSCOPE hər zaman sosial fəaliyyətlərə də böyük önəm verir. Belə ki, gənclərə dəstək, yerli universitetlərlə əməkdaşlıq, seminarlar, təlimlər, maarifləndirici tədbirlər, pandemiya ilə mübarizədə vətəndaşlara, Vətən Müharibəsi zamanı ordumuza dəstək bu fəaliyyətlərin tərkib hissələridir. “DEFSCOPE ilə Böyü” proqramı vasitəsi ilə gələcəkdə bu fəaliyyətlər daha da genişləndiriləcək.

Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/.

Əlaqə vasitələri:

[email protected]

+994 12 409 2565

Xəbər lenti

Xəbər lenti