Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)

Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans  keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Yanvarın 22-də "Ali təhsil haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.

Videokonfransı giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova, konfrans iştirakçılarını salamlayaraq, 2020-ci ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticələri və gələcək planlar barədə danışıb. Spiker xatırladıb ki, yanvarın 6-da dövlət başçısının sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə Prezident ötən ilin yekunlarını geniş və konseptual şəkildə təhlil edərək qarşıda duran vəzifələri müəyyənləşdirib.

S.Qafarova deyib ki, ötən ilin ən ümdə hadisəsi Vətən müharibəsində əldə olunmuş tarixi zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası olmuşdur. Bu münasibətlə konfrans iştirakçılarına təbriklərini çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharəti, yüksək liderlik qabiliyyəti və Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın əldə etdiyi bu qələbə tariximizdə əbədi olaraq qalacaqdır.

Geridə qalan 2020-ci ildə koronavirus pandemiyasının bütün dünya dövlətləri üçün yaratdığı problemlər fonunda Azərbaycanın bir çox ölkələrlə müqayisədə bu sınaqdan daha az itkilərlə çıxdığını vurğulayan Milli Məclisin Sədri deyib ki, ötən il ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bir çox sahələrində inkişaf meylləri qeydə alınıb, siyasi islahatların, o cümlədən struktur və kadr islahatlarının həyata keçirilməsi ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub.

2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində Milli Məclisin yeni tərkibinin formalaşdığını xatırladan S.Qafarova bildirib ki, parlament Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və praqmatik daxili və xarici siyasətini Milli Məclis səviyyəsində dəstəkləyərək bu istiqamətdə zəruri işlər görüb. Vətən müharibəsində parlament diplomatiyasının bütün imkanları ölkəmizin haqq işi barədə dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub. Qanunverici orqanın fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün məqsədyönlü addımlar atılıb.

Videokonfransda parlamentin Sədri deyib ki, qlobal pandemiyanın yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, təhsil sahəsində də məqsədyönlü işlər görülüb, istər tədrisin təşkili, istərsə də qəbul imtahanlarının keçirilməsində qarşıya qoyulan məqsədlərə nail olunub. Bu, həm dövlətimiz tərəfindən bu sahəyə yüksək diqqət və qayğının göstərilməsi, həm də təhsil sistemində işlərin peşəkarlıqla təşkil edilməsinin nəticəsidir.

Təhsil sahəsinin hər bir dövlətin, cəmiyyətin inkişafında mühüm rola malik olduğunu qeyd edən S.Qafarova bildirib ki, haqlı olaraq, təhsil, bilik inkişafın, tərəqqinin özəyi kimi dəyərləndirilir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda təhsilin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət və ardıcıl tədbirlər nəticəsində böyük nailiyyətlər əldə olunmuşdur. Möhtərəm Prezident İlham Əliyev təhsil sahəsinin inkişafını, ölkəmizdə müasir dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişməsini dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edib, bu istiqamətdə ardıcıl addımlar atılıb. Eyni zamanda, təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, son 15 ildə minlərlə orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu da təhsildə infrastruktur məsələlərinin yüksək səviyyədə həllini təmin edib.

Sədr bildirib ki, ölkəmizdə təhsildə inteqrasiyanı sürətləndirmək, peşəkar, savadlı kadrların hazırlanması məqsədilə də müxtəlif proqramlar icra olunub. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb. Spiker xüsusi vurğulayıb ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm işlər görüb, bir çox təşəbbüslər irəli sürüb və reallaşdırıb.

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların qanunvericilik əsaslarının yaradılması və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində də uğurlu addımlar atılıb. Bu istiqamətdə Milli Məclis tərəfindən bir sıra qanunlar hazırlanıb və qəbul olunub.

Spiker qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sahəsində islahatların yeni mərhələsi olub. Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir. O cümlədən, ali təhsil sahəsində də sistem xarakterli tədbirlər görülüb, islahatlar aparılıb, ali təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bununla belə, zaman sürətlə dəyişir, müasir çağırışlar meydana gəlir. Azərbaycanın sürətli və davamlı inkişafı bütün sahələrdə yeni reallıqlar yaradıb. Və təbii ki, bu yeni və müasir reallıqlar, həmçinin mövcud dünya təcrübəsinin təhlili ölkəmizdə ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsini və qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.

Bu baxımdan, möhtərəm Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlmişdir. Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi - tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, "Təhsil haqqında" qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməmişdir. Ali təhsil haqqında məsələlər "Təhsil haqqında" Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapmışdır. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda "Ali təhsil haqqında" qanun hazırlanır. Sədr qeyd edib ki, əvvəllər belə bir qanun olmayıb.

Spiker bildirib ki, 2021-ci il bizim üçün sadəcə yeni bir təqvim ili deyil. Biz Azərbaycan dövləti və xalqımız üçün yeni bir mərhələyə qədəm qoymuşuq. Bu da onunla bağlıdır ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfər, torpaqlarımızın işğaldan azad olunması ölkəmizin qarşısında yeni perspektivlər yaradıb, yeni vəzifələr müəyyənləşdirib. Bu, quruculuq dövrüdür və bu mərhələdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr sözügedən müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi. Mən inanıram ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına kömək edəcəkdir. O, əminliyini ifadə edib ki, ölkəmizin təhsil ictimaiyyəti də yeni quruculuq dövründə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetərəcək və Azərbaycanın davamlı inkişafına töhfələr verəcəkdir.

Sədr çıxışının sonunda bugünkü konfransda həm təhsil sahəsində əldə olunan nailiyyətlər və digər məsələlər, həm də "Ali təhsil haqqında" qanunun hazırlanması və qəbul olunması ətrafında müzakirələr aparılacağına, dəyərli təkliflər səslənəcəyinə inamını ifadə edib.

Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
Loading Bars
Xəbər lenti
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Bütün xəbərlər