...

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Cəmiyyət Materials 29 Yanvar 2021 14:51 (UTC +04:00)
Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanda iki rayona yeni prokuror təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmrləri ilə Qabil Qasımov Abşeron rayon prokuroru, Əli Qurbanov isə Tərtər rayon prokuroru vəzifələrinə təyin ediliblər. Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti