...

Sabunçuda 7 saylı şəhər Xəstəxanası istifadəyə verildi (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2021 10:38 (UTC +04:00)
Sabunçuda 7 saylı şəhər Xəstəxanası istifadəyə verildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 63 çarpayılıq yeni korpusda inzibati, qəbul, funksional diaqnostika, pediatriya və terapiya şöbələri fəaliyyət göstərəcək.

Ümumi 100 çarpayılıq xəstəxana əhalinin sağlamlığının qorunmasına xidmət edir. 356 nəfərlik personal gündə 500-ə qədər xəstə qəbul edə biləcək.

Qeyd edək ki, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası iki korpuslu stasionar və poliklinika şöbələrindən ibarətdir.

Müasir avadanlıqlarla təchiz edilmiş yeni korpusu Səhiyyə Nazirliyi bu gündən vətəndaşların xidmətinə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti