...

Bakı, Sumqayıt və Abşeronda əyani tədrisə cəlb olunan V-IX sinif şagirdlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Fevral 2021 11:09 (UTC +04:00)
Bakı, Sumqayıt və Abşeronda əyani tədrisə cəlb olunan V-IX sinif şagirdlərinin sayı açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi Bakı, Sumqayıt və Abşeronda bu gün əyani tədrisə cəlb olunan V-IX sinif şagirdlərinin sayını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.

Sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.

Bu gündən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.

Qeyd edək ki, sözügedən bölgələr istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə 1 fevral tarixindən qismən davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti