...

Bakı limanının əməkdaşları vaksinasiya olunublar (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2021 18:04 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin əməkdaşları koronavirusa qarşı vaksinasiyadan keçib.

Bu barədə Trend-ə QSC-dən bildiriblər. Belə ki, könüllü şəkildə vaksinasiyadan keçmək istəyən 50-64 yaş aralığında olan 142 liman əməkdaşı həkim yoxlanışından sonra peyvənd olunublar.

Bundan öncəki günlərdə isə limanda çalışan və yaşı 65-dən yuxarı olan 4 nəfər də peyvənd olunub.

Artıq 2021-ci illin əvvəlində Azərbaycanda başlayan vaksinasiyada Çin istehsalı olan “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti