Bakı. İlhamə İsabalayeva - Trend:
Akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçilib.
Akademiyadan Trend-ə verilən məlumata görə, R.Əliquliyev bu vəzifəyə onlayn seçkilər nəticəsində seçilib.
Qeyd edək ki, R.Əliquliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib, 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi olub.
Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.