Kortəbii diyetlərin fəsadları

Kortəbii diyetlərin fəsadları

Bakı. Trend:

Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, desək, yəqin ki, yanılmarıq. Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır. Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya obezlik səbəbindən həyatını itirir. Dünya əhalisində qeydə alınan diabet xəstəliyinin 44 %-i, ürəyin işemik xəstəliyinin 23 %-i və bəzi xərçəng növlərinin 7-41 %-i həddindən artıq çəki və obezlik ilə əlaqələndirilir.

İnsanlar artıq çəkidən daha “asan” yollarla uzaqlaşmağa çalışırlar. Onların yönəldiyi “möcüzəvi diyeta”lar, “şok detoks”lar, “rahat arıqlama əlavələri” kimi yollar heç də özünü doğrultmur, əksinə qidalanma davranışının pozulmasına səbəb olur ki, bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95 %-i uğursuzluqla nəticələnir. Pəhriz sonrası ilk 1-5 il ərzində sürətlə itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir.

Tədqiqatlar göstərir ki, ənənəvi diyetalar vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.

Əslində diyeta üçün əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir. Kortəbii diyetalarda edilən ən böyük səhvlərdən biri çox aşağı kalorili menyular seçməkdir. Həmçinin gün ərzində ac qalaraq arıqlamağa çalışmaq da yanlış yoldur. Belə ki, orqanizmin gündəlik yaşamaq üçün tələb etdiyi kalorini almaması diyeta və sonrası dövrlərdə böyük fəsadlara yol aça bilər. Bundan başqa, aclıq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beyində qidalanma istəyini stimullaşdırır. Belə ki, insan ac qalaraq orqanizmi daha çox yeməyə meyilləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkərli və yağlı qidalara yönəlir. Diyetoloqlar arasında “cəhənnəm effekti” deyə adlandırılan prosesin də başlıca səbəbi bu hesab oluna bilər. Bu proses diyetanın kiçik bir pozuntusunda insanda “uyğunsuzluq” hissinin yaranmasına və qat-qat artıq kalori alacaq şəkildə yeməyə davam edilməsinə gətirib çıxarır.

Uzun müddətli saxlanılan və hansısa qidaları qadağan edən diyetalar metabolizmi zəiflədir. Sürətlə və daha çox çəki atan orqanizm artıq miqdarda su və əzələ itirdiyi üçün pəhrizə son verdikdən dərhal sonra bədənə suyu geri toplamağa başlayır. İtirilən əzələ və zəifləyən metabolizm səbəbindən insan əvvəlkindən də artıq çəki almış olur. Məlumdur ki, əzələlər orqanizmin tonusunu təmin edir. Buna görə də əzələ itkisi nəticəsində orqanizm tonusunu da itirmiş olur. Diyetoloqların fikrincə, həftəlik 500-1000 q çəki itirilən, idmanla yanaşı davam edən uzunmüddətli, həmçinin tək növ deyil, qida rasionunda fərqli məhsullara yer verilən diyetalar daha etibarlıdır və nəticəsi effektivdir. Odur ki, tamamilə ac qalmaq faydalı deyildir.

Diyetoloq və həkim nəzarəti olmadan, kortəbii şəkildə edilən diyetalar bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, tək tip qidalanma orqanizmdə metabolik, endokrinoloji, psixoloji problemlərə səbəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən diyetalar zamanı oynaq ağrıları, saç tökülməsi, əzələ tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əlamətlər müşahidə olunur. Bəzi kortəbii diyetalar zamanı, həmçinin vegetarian qidalanma rasionlarından ət və süd məhsullarının azaldılması və ya tamamilə imtina olunması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmayın ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər.

Yeniyetməlik dövrü insanın öz orqanizmi ilə tanışlığının yeni mərhələsidir. Bu yaşlarda orqanizmdə həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir. Yeniyetməlik dövrünün ən ciddi problemlərindən biri obezlik – piylənmədir. Bu dövrdə piylənmə ilə bağlı problemi olanlar həyatı boyu bir sıra xroniki xəstəliklərlə qarşılaşırlar. Buna səbəb yeniyetməlik dövründə yüksək çəki artımının orqanizmdə piy hüceyrələrinin sayını artırmasıdır. Bu intensivliklə artmış piy hüceyrələrinin parçalanması da yetkinlik dövrü ilə müqayisədə olduqca çətindir. Yeniyetməlik dövründə saxlanılan diyetalar adətən dəmir və kalsium çatışmazlığına səbəb olur. Bu da osteoparoz, hiperlipidemiya, xərçəng və ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır. Orqanizmin böyümə və inkişafı mərhələsində düzgün və səmərəli qidalanma böyük əhəmiyyət kəsb edir. Çünki qida maddələrinə olan gündəlik tələbatdan əlavə orqanizmin inkişafını da təmin etmək lazımdır.

Unutmayın ki, düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Buna görə də artıq çəki ilə effektiv mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloqun nəzarəti altında fərdi qaydada pəhriz növü nəzərdə tutulmalıdır.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Elvira Quliyeva və Nərmin Axundova tərəfindən hazırlanıb.

Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Loading Bars
Xəbər lenti
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Azərbaycan pomidor ixracı potensialını 30 faizdən çox yüksəldib
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb
Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Füzulidə polis və hərbi qulluqçu avtomobllə vurulub
50 obyektdə epidemiya əleyhinə rejim pozulub
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)
Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
Daha 35 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı
Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Bütün xəbərlər