Ağdam. Trend:
Fransalı hüquqşünaslar Yassine Yakouti və Elise Arfi yerli media nümayəndələrinin müşayiəti ilə Ağdama səfərə gəliblər.
Trend-in məlumatına görə, səfər iştirakçıları Ağdam cümə məscidini ziyarət ediblər. Fransalı hüquqşünaslar Ağdamda gördükləri dağıntılar və vandalizm aktlarından məyus olduqlarını bildiriblər.
Ağdamdan sonra hüquqşünaslar Gəncəyə gedəcəklər.