...

Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq

Cəmiyyət Materials 8 May 2021 11:22 (UTC +04:00)
Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq

Bakı. Samir Əli - Trend:

Talassemiya xəstələrinin sağlam insanlara nisbətən immun sistemləri daha zədəli olduğu üçün COVID-19 pandemiyası dövründə mümkün qədər özlərini təcrid etmələri tövsiyə olunur. Zəif immun sisteminə sahib olduqlarına görə COVID-19 onlar üçün həyati təhlükə daşıya bilir. Bu səbəbdən də onların vaksinasiyadan keçmələri məsləhət görülür.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim hematoloqu Şəhla Şabanova deyib.

Ş.Şabanova bildirib ki, hazırda mövcud COVID-19 pandemiya dövründə davamlı qan ehtiyacı olan talassemiya xəstələri üçün dövlət proqramı çərçivəsində qan köçürmənin periferik rayonlarda təşkili təmin olunur. Pandemiya dövrü ilə əlaqədar qan bağışlama - qan donorluğu üçün müraciət nisbətən azalır, lakin talassemiya xəstələri üçün qan davamlı tələbat olduğuna görə qan bağışlamaq həyat qurtarır devizi ilə tez-tez aksiyalar təşkil edilir.

Həkimin sözlərinə görə, hazırda Azərbaycanda 4116 nəfər talassemiya xəstəsi qeydiyyatdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti