...

"Ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub" - ADA Universitetində şeir gecəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 16 İyun 2021 18:59 (UTC +04:00)
"Ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub" - ADA Universitetində şeir gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 15-də ADA Universitetinin parkında “Ədəbiyyat bu gün və onun milli dirçəlişdəki rolu” mövzusunda şeir gecəsi keçirilib.

Gecə ADA Universitetinin və “Baku Book Center”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Mərkəzin direktoru Günel Anarqızı və ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşün qonaqları Xalq yazıçısı Anar Rzayev və Xalq şairi Sabir Rüstəmxanlı oldu.

Milli Qurtuluş günündə keçirilən gecədə ADA Universitetinin rəhbərliyi, tələbələr və məzunlar, dövlət və özəl qurumların təmsilçiləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak etdilər.

ADA Universitetinin rektoru Hafiz Paşayev bu cür tədbirlərin tələbələrin mənəvi inkişafının gücləndirilməsinə öz töhfəsini verdiyini və ənənəvi olmasının vacibliyini diqqətə çatdırdı.

Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasındakı rolunu vurğulayan Anar və Sabir Rüstəmxanlı qeyd etdilər ki, insanlar bütün zamanlarda azadlıq düşüncələrini sözlə ifadə edib və məhz ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub.

44 günlük Vətən müharibəsinə, Qarabağ mövzusuna toxunarkən, qonaqlar bu mövzunun Azərbaycan ədəbiyyatının, söz-sənət adamlarının daim diqqətdə saxladığı məsələ olduğunu bildirdilər.

Qonaqlar qeyd etdilər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Ədəbi hissə ilə davam edən tədbirdə ADA Universitetinin tələbələri Azərbaycan, ingilis və rus dillərində yazdıqları və Vətənə həsr etdiyi şeirlərini söylədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti