...

Anticisim yaranmayanlara peyvəndin üçüncü dozası da vurula bilər

Cəmiyyət Materials 18 İyun 2021 14:48 (UTC +04:00)
Anticisim yaranmayanlara peyvəndin üçüncü dozası da vurula bilər

Bakı. Samir Əli - Trend:

Koronavirusa qarşı vaksinlərin hər iki dozasından sonra orqanizmində virus əleyhinə anticisim yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması aktiv müzakirə mərhələsindədir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, hazırda bu məsələ Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənməyib: “İlin sonunda bu məsələ təsdiqlənəndən sonra üçüncü doza tətbiq oluna bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti