...

Doktoranturaya sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 30 İyun 2021 09:49 (UTC +04:00)
Doktoranturaya sənəd qəbulu başlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Müraciət üçün son tarix 31 iyul 2021-ci il müəyyən edilib.

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti