...

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

Cəmiyyət Materials 5 Avqust 2021 23:24 (UTC +04:00)
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2 milyard 94,5 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 749,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,5 faizini təşkil edib.

2021-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq 233,9 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,7 faiz artaraq 201,6 milyon manat olub.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti