Bəzi sürücülərin əlindən rahat yatmaq da olmur - Ekspert problemləri açıqladı

Bəzi sürücülərin əlindən rahat yatmaq da olmur - Ekspert problemləri açıqladı

Bakı. Çingiz Səfərli - Trend:

Avtomobillərin gecə saatlarında yüksək sürətlə idarə edilməsi, pəncərələri açaraq musiqiyə həddən artıq səs verilməsi və ya nəqliyyat vasitəsinin səs-küyünü artırmaq üçün müxtəlif vasitələrlə ona müdaxilə edilməsi vətəndaşların ciddi narahatlıq və şikayətinə səbəb olur.

Bunu Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bu problem xüsusən də Bakıda özünü daha qabarıq şəkildə göstərir:

"Gənc və orta yaşlı şəxslər musiqiyə yüksək səs verib, nəqliyyat vasitəsinin pəncərələrini endirirlər. Yaxud avtomobildən xoşagəlməz səsin artırılması üçün səsboğucuya müdaxilə edir və ya xüsusi düymələr vasitəsilə səsin tonunu artırırlar. Əvvəllər səsboğucuya müdaxilə edirdilər və yol polisi cərimələyirdi, indi alternativ yol tapıblar. Xüsusi qurğulardan istifadə edərək səs effekti yaradırlar. Digər bir məsələ avtomobillərin yüksək sürətlə idarə edilməsidir. Bəzi yerlərdə lüzumsuz yerə avtomobili yükləyib, yüksək manevr edirlər. Nəticədə səs-küy yaranır, bu da ətrafdakı insanların narahatlığına səbəb olur. Həqiqətən bu barədə həm Bakı Nəqliyyat Agentliyinə, həm də Dövlət Yol Polisi İdarəsinə çox sayda şikayətlər daxil olur. Xüsusən, bu hallar yay mövsümündə baş verir və vətəndaşlar bəzi sürücülərindən əlindən evdə pəncərələrini açıq qoyub rahat yata bilmirlər".

Ekspert bildirib ki, bu əslində qanunla qadağandır və belə sürücülər cərimələnməlidir:

"İnsan hər şeydən zövq ala bilər, o cümlədən avtomobildən də. Amma ətrafdakı insanlar üçün heç də xoş deyil. Bu, qanunla qadağan olunan məsələdir. Avtomobilin səsboğucusu ilə bağlı çox ciddi problemlərimiz var. Qanunla 84 dB. səsə icazə verilir, lakin daha yüksək səs çıxaran qurğulardan, siqnallardan istifadə edildiyinin şahidi oluruq. Bu barədə dəfələrlə xəbərdarlıqlar olunub, lakin bəzi sürücülər təəssüf ki, buna əməl etmək istəmirlər. Hətta bəzən özləri şikayət edirlər ki, səsboğucuda guya özlərinin də xəbəri olmadan deşik açılıb. Normal sürücü səsi dərhal anlayır. Şikayət edənlərin əksəriyyəti ilə bağlı araşdırma aparılarkən məlum olur ki, özü hansısa ustaya müraciət edərək qaynaq vasitəsilə deşik açdırıb. Bütün dünya avtomobilin daha səssiz, daha rahat işləməsi üçün çalışır. Bu istiqamətdə texnologiyalar tətbiq edirlər. Lakin Azərbaycana gəlib çatanda maşının başına elə oyun açırlar ki, istehsalçı özü həmin nəqliyyat vasitəsini görəndə dəhşətə gəlir".

Elməddin Muradlı onu da əlavə edib ki, bu hallarla təkcə yol polisi deyil, post patrul xidmətinin əməkdaşları da mübarizə aparmalıdırlar:

"Təəssüf ki, bizim bəzi gənclərimiz və orta yaşlı sürücülərimiz çox çürük düşüncələrin arxasınca gedir. Hansısa faydalı bir iş üçün 20 manat verməz, amma avtomobilin səsini artırmaq üçün 200-300 manat xərcləyir. Digər tərəfdən baxırsan ki, avtomobil lizinqdədir, banka kredit ödəyir, amma gedib maşına mal-heyvan səsi çıxaran siqnal qoydurur, nə bilim bahalı nömrə həvəsinə düşür. Təbii ki, bu cür xəstə təfəkkürlü insanlar narahatlıq yaradır. Düşünürəm ki, bu halların qarşısının alınması üçün yol polisi əməkdaşları ilə yanaşı post patrul və çevik polis alayının da xidmətləri olmalıdır. Çünki polis əməkdaşları ictimai asayişin qorunmasına cavabdeh olan şəxslərdir. Əgər belə problemləri görürlərsə, yol polisinin həmin sürücünü saxlamağını gözləməməli, yerində müvafiq tədbir görməli, xəbərdarlıq etməli, lazım gələrsə yol polisi əməkdaşlarını çağırıb aidiyatı üzrə təhvil verməlidirlər".

Twitter:@cingizsafarli

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Zəngilana səfərindən görüntü paylaşıb (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
Bütün xəbərlər