...

Xaçmazda 120 mindən çox vətəndaş vaksin olunub (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2021 17:45 (UTC +04:00)
Xaçmazda 120 mindən çox vətəndaş vaksin olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aparılır. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Trend-in məlumatına görə, hazırda rayonda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.

Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə peyvəndləmə təkcə rayon mərkəzində deyil, səyyar briqadalar vasitəsi ilə kəndlərdə həyata keçirilir.

Bütün vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksin ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulub. Vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti