...

UNEC-də Ömürboyu Təhsil Mərkəzi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 15 Sentyabr 2021 15:48 (UTC +04:00)
UNEC-də Ömürboyu Təhsil Mərkəzi fəaliyyətə başlayıb

Bakı. Trend:

UNEC-də yeni tədris ilindən Ömürboyu Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

UNEC-in gənc müəllimi Qələndər Məmmədli mərkəzin direktoru vəzifəsinə təyin olunub.

Ömürboyu Təhsil Mərkəzində beynəlxalq yay məktəbləri, peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, mini ixtisas proqramları, qısa və intensiv kurslar təşkil ediləcək. Eləcə də orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarına, bakalavriat, magistratura səviyyəsinə qəbul və əlavə sınaq imtahanlarına, yaradıcılıq müsabiqələrinə, dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara (MİQ, Dövlət Qulluğu və s.) dinləyicilərin hazırlığı aparılacaq.

Mərkəzdə adaptiv tədris metodikası tətbiq olunmaqla, təhsil və hazırlıq proqramları əyani, distant və hibrid formada təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti