...

Bir çox hotel iddia etdiyi ulduzu ala bilməyəcək - Fuad Nağıyev

Cəmiyyət Materials 30 Sentyabr 2021 19:08 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bir çox hotel iddia etdiyi ulduzu ala bilməyəcək.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, buna səbəb həmin hotellərdə xidmətin aşağı olması, təmizlik kimi məsələlərdir: "Ulduzlaşma ilə turistlərin gözləntiləri daha dəqiq olacaq və narazılıqlar aradan qalxacaq. Həmçinin, bu, hotellərə özlərini düzgün təqdim etmək imkanı verəcək.

İnanırıq ki, tezliklə Qarabağda da yeni hotellər açılacaq və onların ulduzlaşması təmin ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti