...

Ermənistan dəfn mərasimində dinc insanları bombalamaqla faşist mahiyyətini göstərdi – Tərtər terrorunun qurbanları (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Oktyabr 2021 14:10 (UTC +04:00)
Ermənistan dəfn mərasimində dinc insanları bombalamaqla faşist mahiyyətini göstərdi – Tərtər terrorunun qurbanları (FOTO/VİDEO)

Tərtər. Aslan Məmmədli - Trend:

Bir il əvvəl - 2020-ci il oktyabrın 15-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tərtər rayonunu növbəti dəfə ağır artilleriya atəşinə tutdu.

Düşmən bu dəfə daha da azğınlaşaraq rayon qəbiristanlığında dəfn mərasiminə toplaşan dinc sakinləri bombaladı. Bu azğın terror hadisəsi nəticəsində rayon sakinləri - 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1960-cı il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu, 1968-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu, 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak oldu, daha dörd nəfər isə müxtəlif qəlpə yaraları aldı.

Hadisənin ildönümü ərəfəsində Trend-in Qarabağ bürosunun çəkiliş qrupu düşmən terrorunun qurbanı olan mülki şəhidlərin ailələrinə baş çəkib, onların acı xatirələrini lentə alıb. Mülki şəhidlərin ailə üzvləri bildiriblər ki, bu itkilər onları çox sarsıdıb, amma 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Qələbə, torpaqlarımızın azad edilməsi onlara güc, ruh verir.

Videoreportaji təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti