...

Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

Cəmiyyət Materials 17 Oktyabr 2021 17:40 (UTC +04:00)
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 896 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 502 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 403 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 039 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 261, bu günə qədər isə ümumilikdə 5 025 402 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti