...

Bir tərəfdə erməni vandalizmi, digər tərəfdə müasir ev – Tərtər sakininin dağılmış evi muzey kimi saxlanılacaq (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Oktyabr 2021 10:49 (UTC +04:00)
Bir tərəfdə erməni vandalizmi, digər tərəfdə müasir ev – Tərtər sakininin dağılmış evi muzey kimi saxlanılacaq (FOTO/VİDEO)

Tərtər. Trend:

44 günlük Vətən Müharibəsində erməni vandalizmi nəticəsində dağılmış Tərtər sakininin evi muzeyə çevrilir. Müharibə zamanı ermənilərin Tərtərə atdığı Smerç tipli raket nəticəsində dağıdılan evin düz yanında Azərbaycan dövləti müasir şəraitli yeni ev inşa edib.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Tərtərdə olub, yeni evin tikildiyi əraziyə baş çəkib. Bir tərəfdə işğalçı Ermənistanın törətdiyi müharibə cinayətlərini əks etdirən dağıntılar, digər tərəfdə isə dövlətimizin öz vətəndaşı üçün tikdiyi müasir yeni ev.

Ev sahibi, 62 yaşlı Sahib İsmayılov Trend-ə bildirib ki, bombardmandandan az əvvəl ailə üzvləri ilə birgə evdə olublar, lakin xoşbəxtlikdən həyətə çıxıblar və az sonra evə raket düşüb. S.İsamyılov əlavə edib ki, dövlət onun üçün əvvəlkindən də yaxşı şəraitli ev tikib. O, bunun üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə isə bildirib ki, Sahib İsamyılovun dağılmış evi muzeyə çevriləcək:

“Məqsəd əsrlərdir azərbaycanlılara qarşı, ümumilikdə isə türk dilli millətlərə qarşı ermənilərin pərdə arxası törətdiyi cinayət aktlarının bizim gələcək nəsillərlə yanaşı dünya xalqlarına göstərməkdir. Muzeydə Tərtər ərazisinə düşən 21 ədəd uzaqmənzilli roketin qalıqları, partlamamış və zərərsizləşdirilmiş döyüş sursatları, digər evlərdən müəyyən əşya və fotoşəkillər, həmçinin, Vətən müharibəsi zaman düşmənin törətdiyi terror xronologiyasını əks etdirən informasiya lövhələrinin də qurulacağı planlaşdırılır”.

Videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti