...

Suraxanıda külək nəticəsində aşan şəhid məzarları tezliklə bərpa olunacaq - AÇIQLAMA

Cəmiyyət Materials 11 Noyabr 2021 14:34 (UTC +04:00)
Suraxanıda külək nəticəsində aşan şəhid məzarları tezliklə bərpa olunacaq - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov -Trend:

Suraxanı rayonunda Dədə Qorqud qəsəbə qəbiristanlığında külək nəticəsində dağılan şəhid məzarları tezliklə bərpa olunacaq.

Bunu Trend-ə Zığ bələdiyyəsinin sədri Quliyev Emil deyib.

"Həmin ərazi çox küləkli olur. Gecə baş verən güclü külək nəticəsində iki şəhid məzarında baş daşları aşıb. Məzarların bərpası ilə bağlı tədbirlər görülür. Qısa bir zaman ərzində yeni baş daşları qoyulacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə dağılan şəhid məzarlarının fotoları paylaşılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti