...

Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib

Cəmiyyət Materials 1 Dekabr 2021 14:40 (UTC +04:00)
Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib

Bakı. Trend:

Macarıstan Səfirliyi bütün maraqlanan tələbələrin nəzərinə çatdırır ki, Macarıstan Hökuməti 2022/2023-cü tədris ili üçün Azərbaycandan olan 200 tələbənin Macarıstanda təhsil ala biləcəyi Stipendium Hungaricum təqaüd proqramına start verib.

Ərizəçilər ətraflı məlumatı https://stipendiumhungaricum.hu/ saytında tapa bilərlər.

Təqaüd aşağıdakı müddəaları əhatə edəcək: təhsil haqqının ödənilməsindən azad edilmə, müvafiq Macarıstan qanunvericiliyinə uyğun olaraq aylıq təqaüd, yataqxana yeri və ya təqaüd dövrünün bütün müddəti üçün yaşayış xərclərinə 40.000 HUF məbləğində aylıq töhfə və müvafiq Macarıstan qanunvericiliyinə uyğun olaraq səhiyyə xidmətləri və əlavə tibbi sığorta.

Rəqs təhsili proqramları üçün müraciət edənlər istisna olmaqla, ərizəçi 31 avqust 2004-cü il tarixindən sonra (= 31 avqust 2022-ci il tarixinə 18 yaşından kiçik ərizəçilər) anadan olubsa, ərizəyə baxılmayacaq.

Ərizəçilər 15 yanvar 2022-ci il tarixinədək https://stipendiumhungaricum.hu/apply/ saytında yalnız onlayn şəkildə ərizəni təqdim edə bilərlər.

Nəzərinizə çatdıraq ki, proqramda yalnız müraciətləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Göndərən Tərəfdaş qismində dəstəklənən tələbələr və ya abituriyentlər iştirak edə bilər. Belə ki, abituriyentlər ərizələrini eyni vaxtda Nazirliyə onlayn şəkildə təqdim etməlidirlər https://htp.edu.az/az/news/139#.YaX0JtBByUl.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti