...

Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2021 17:51 (UTC +04:00)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)

Bakı. Trend:

3 dekabr-Beynəlxalq Əlillər Günü Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaspoladoba kəndində Vətən müharibəsi qazisi Sənan Zakir oğlu Əhmədovu evində ziyarət edib.

Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən xaçmazlı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb.

Qazi Sənan Əhmədov cəbhə xatirələrindən, döyüş yolundan bəhs edib. Xüsusi təyinatlı dəstənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daim ön сəbhədə olan Sənan Əhmədov ölkə prezidentinin sərəncamı ilə Füzuli, Qubadlı və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ailənin qayğıları ilə maraqlanılıb.
Sənan Əhmədov və valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti