...

Bakıda yeni binalarda mənzillər bahalaşıb

Cəmiyyət Materials 13 Dekabr 2021 20:44 (UTC +04:00)
Bakıda yeni binalarda mənzillər bahalaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən ay Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Bu barədə Trend-ə “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Belə ki, noyabrda Bakıda təkrar mənzil bazarında qiymətlər 1.74 faiz bahalaşıb. İlkin mənzil bazarında isə ay ərzində qiymət 3,95 faiz bahalaşıb.

İl ərzində müqayisədə isə mənzillərin qiyməti ucuzlaşıb. Belə ki, təkrar mənzil bazrında il ərzində qiymət 21,29 faiz, ilkin mənzil bazarında isə 2,52 faiz ucuzlaşıb.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov köhnə binalarda mənzillərin ucuzlaşmasını struktur dəyişikliyi ilə əlaqələndirib: “İki il bundan əvvələ qədər 1970-ci ilə qədər tikilən mənzillərin ipoteka krediti ilə alınmasına banklar tərəfindən şərait yaradılırdı. Ancaq iki il bundan əvvəl 1970-ci ilə qədər olan köhnə mənzillərin kreditləşməsinə məhdudiyyət qoyuldu və nəticədə zaman-zaman köhnə evlərin bazar portfelində payı artır və nəticədə qiymət aşağı düşür, çünki həmin evlərin satışda sayı çox olsa da alıcısı azdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti