...

Qan azlığından əziyyət çəkənlərin əksəriyyəti gənc qadınlardır - Mütəxəssis

Cəmiyyət Materials 13 Yanvar 2022 10:42 (UTC +04:00)
Qan azlığından əziyyət çəkənlərin əksəriyyəti gənc qadınlardır - Mütəxəssis

Bakı. Humay Ağacanova - Trend:

2016-cı ildən 2020-ci ilə qədər anemiyadan (qan azlığı) əziyyət çəkənlərin sayında azalma müşahidə olunur.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

O qeyd edib ki, 2020-ci ildə ölkədə anemiyadan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb.

"Bu da hər 100 min nəfərə 433 nəfərin düşməsi deməkdir. Bu böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır", - deyə həkim bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti