...

Paytaxt yollarındakı vəziyyəti göstərməli olan məlumat lövhələri niyə işləmir?

Cəmiyyət Materials 14 Mart 2022 15:08 (UTC +04:00)
Paytaxt yollarındakı vəziyyəti göstərməli olan məlumat lövhələri niyə işləmir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt yollarında vəziyyəti, tıxacın olub-olmadığını göstərməli olan məlumat lövhələrinin əksəriyyəti işləmir.

Trend-in məlumatına görə, bu problemin həcmi küçə və prospektə görə dəyişir.

Yaranan problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Trend-ə bildirib ki, Nəqliyyatı İntelektual İdaretəmə Mərkəzinə bağlı olan infrastrukturun təhvil-təslim prosesi başa çatmadığı üçün sistemə tam texniki müdaxilə etmək səlahiyyəti formalaşmayıb:

''Poblemin aradan qaldırılması üçün zəruri addımların təhvil-təslim prosesindən sonra atılması mümkün olacaq'',- deyə idarənin baş inspektoru bildirib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Bu barədə Prezident İlham Əliyevin yeddi fevralda imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay müddətində təmin edilməlidir.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti