Bakı. Trend:
Nikaraqua İranın "Barkat" COVID-19 peyvəndinin tədarükünə dair müqavilə imzalayıb.
Trend yerli KİV-ə istinadən xəbər verir ki," Barkat Pharmaceutical Group"-un Direktorlar Şurasının sədri Həmid Reza Cəmşidi qeyd edib ki, peyvəndin istehsal həcmi İranın tələbatını tam ödəyir və artıq xarici ölkələrə tədarükə icazə verir.
"Peyvəndi müxtəlif ölkələrdə qeydiyyata almaq üçün təyinat ölkələrinin Səhiyyə Nazirlikləri müvafiq sertifikatları təsdiq etməli və lazım gəldikdə laboratoriyalarımıza baş çəkməlidir. Nikaraqua ilə biz bu mərhələni keçmişik və müqavilə imzalayırıq. Bundan əlavə olaraq, 5 ölkə ilə danışıqlar aparırıq", - Həmid Reza Cəmşidi vurğulayıb.