...

Bakıda bu mənzillərin qiyməti 3 aydır ki, ucuzlaşır - SƏBƏB

Cəmiyyət Materials 19 Mart 2022 09:18 (UTC +04:00)
Bakıda bu mənzillərin qiyməti 3 aydır ki, ucuzlaşır - SƏBƏB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda təkrar mənzil bazarında qiymətlər ucuzlaşmaqda davam edir.

“MBA Consulting Group” Şirkətindən Trend-ə verilən məlumata görə, fevral ayında təkrar mənzil bazarında qiymətlər 2,29 faiz ucuzlaşıb.

Şirkətin direktoru Nüsrət İbrahimov bildirib ki, köhnə binalarda mənzillərə maraq getdikcə azalmaqdadır.

“Köhnə binalarda mənzillərin satışı problemə çevrilib. Ona görə də köhnə binalarda mənzillərin qiyməti üç aydır ki, ardıcıl olaraq ucuzlaşır. Qiymət ucuzlaşmasının nə zaman dayanacağını zaman göstərəcək.

Artıq 70-ci illərə qədər tikilən mənzillərə ipoteka krediti də vermirlər. Vaxt var idi ki, “stalinka”lar ən bahalı mənzillər idi, bu gün isə həmin evlər satılmır və ya çox çətinliklə satılır. Bazara gələnlər ancaq yeni tikilən binalarda evlər axtarırlar. Ona görə də köhnə mənzillərə maraq azalır və buna müvafiq olaraq da qiymətlər ucuzlaşır”, - deyə N.İbrahimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti