...

2-ci “Yüksəliş” müsabiqəsinə start verilib - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Cəmiyyət Materials 18 Mart 2022 17:53 (UTC +04:00)
2-ci “Yüksəliş” müsabiqəsinə start verilib - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Bakı. Trend:

İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə olduqca vacib bir mexanizm olan “Yüksəliş” müsabiqəsi, eyni zamanda, ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun daha səmərəli təmininə xidmət edir. “Yüksəliş” müsabiqəsi Azərbaycan dövlətinin prioritet vəzifələri sırasına daxil olan insan kapitalının formalaşması və inkişafına yönəlmiş ən uğurlu layihələrdən biridir. Müsabiqədə iştirak etməklə, gənclər strateji düşünmək, iş icrasını təmin etmək, nəticələrə yönəlmək, sosial məsuliyyət, komandada işləmək və digər bacarıqlara yiyələnə bilər. Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə gənclərin sahib olduğu təhsil səviyyəsidir. Bu gün ölkəmizdə yaradılan şərait hər bir kəsin keyfiyyətli təhsil almasına, dövlət idarəçiliyində yaxından iştirak etməsinə geniş imkanlar yaradıb.

Trend-in məlumatına görə Jalə Əskərovanın təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində “Yüksəlişə” gedən yol... 2-ci “Yüksəliş” müsabiqəsinə start verilib. Nəticələr və gözləntilər. Müsabiqənin şərtləri nədir?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – “Yüksəliş” müsabiqəsi komitəsinin rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, “Yüksəliş” müsabiqəsinin qalibləri Leyla Rzayeva, Xamis Seyranov və Orxan Quliyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=fk6fnj_M4Qc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti