...

Almaniya 38 Azərbaycan vətəndaşını geri göndərib

Cəmiyyət Materials 30 Mart 2022 14:55 (UTC +04:00)
Almaniya 38 Azərbaycan vətəndaşını geri göndərib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən Trend-ə verilən məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti