...

Meşə torpaqlarında 600 minə yaxın ağac əkilib

Cəmiyyət Materials 8 Aprel 2022 14:49 (UTC +04:00)
Meşə torpaqlarında 600 minə yaxın ağac əkilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yaz ağac əkini başlayandan bugünədək meşə fondu torpaqlarında 600 minə yaxın ağac əkilib.

Trend-in məlumatına görə, ölkə ərazisinin meşə fondu torpaqlarının açıq ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, bu gün Tovuz, Ağstafa, Göygöl rayonlarının meşə fondu torpaqlarının 6,5 hektar ərazisində 10 775 meşəcinsli ağac əkilib.

“Yaz ağac əkini başlayandan bugünədək meşə fondu torpaqlarında ümumilikdə 303 hektar ərazidə 600 000-ə yaxın meşəcinsli ağac əkilib, 5800 kiloqram palıd və göyrüş toxumu səpilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti