...

Şöbədə arvadını qətlə yetirən polisə hökm oxundu

Cəmiyyət Materials 12 Aprel 2022 16:31 (UTC +04:00)
Şöbədə arvadını qətlə yetirən polisə hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində polis şöbəsində arvadını güllələyən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında İsmayıl Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti