Bakı. Trend:
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 164 464 nəfərə çatıb.
Trend-in məlumatına görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub.
Əhalinin bir kvadratkilometrə düşən sayı 117 nəfər təşkil edib.