...

Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırıldı

Cəmiyyət Materials 26 Aprel 2022 11:19 (UTC +04:00)
Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 25-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti