Bakı. Trend:
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 11 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 102 242 nəfər test edilib, 1 661 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 1 843 nəfər sağalıb.